Sosial işçi peşəsi

Bu yaxında mənə sual verdilər ki, sosial işçi kimdir? Ümumiyyətlə Sosial İşçi kimə demək olar? Mən subyektiv fikir olmasın deyə internetdə etibarlı mənbələrdən qısa izahı tapib bura yerləşdirməyə qərara gəldim. Əsas məqamları sadə dildə yazacam. Burada  –  Peşənin təsviri, Sosial işçinin şəxsi keyfiyyətləri, bunun üçün nə bilmək lazımdır? – haqqında məlumatı qeyd edirəm. Sizin şərhləriniz mənə maraqlıdır.

Peşənin təsviri:

Sosial işçi – əhalinin həssas təbəqəsi olan təqəüdçilərə, ahıllara, əlilliyi olan insanlara, kimsəsiz uşaqlara, qaçqinlara və s. şəxslərə məişətdə köməklik edən, mənəvi və hüquqi yardım göstərən mütəxəssisdir.

Belə bir işçinin xidməti –  dövlət sosial xidmət və qəyumluq orqanlardan, əksər hallarda maddi və hüquqi yardımların istiqamətləndilməsi və alınmasında köməklik göstərməkdən ibarətdir.

Sosial yardımda əsasən tənha ahıllar, əlilliyi olan insanlar, çoxuşaqlı analar, kimsəsiz uşaqlar, alkoqolizm, narkomaniya və müalicə olunmayan xəstəlikdən əziyət çəkən insanların ehtiyacı var.

Bundan başqa, sosial işçilər – obyektiv (müharibə, əkoloji fəlakətlər, beynəlxalq münaqişələr və dini ixtilaf) və subyektiv (ailə faciəsi, mal itkisinin) səbəblərdən yaranan psixiki qeyri-sabitlik vəziyyətində olan şəxslərə psixoloji yardım göstərirlər.

Şəxsi keyfiyyətlər:

Sosial işçi peşəsi ilk növbədə insanlığın yüksək səviyyəsi, inkişaf etmiş intuisiya, özgə dərdinə şərik olmaq bacariğı, həmçinin yaranmış hər hansı konkret situasiya dərk etmə qabiliyyəti və şəraitdən asılı olaraq zəruri növ sosial yardım fərdi şəkildə göstərilməsilə məşğul olmağı tələb edir.

Şəxsi keyfiyyətlərə – tərbiyə, dürüstlük, qərəzsizlik də daxil olmalıdır. Arzuolunan nəticələri əldə etmək üçün işçi məqsədəyönlü, işgüzar və məsuliyyətli olmalıdır. Bundan başqa emosional dayanığlıq, sakitlik və xoşagələn səs köməyə ehtiyacı olan insanlarda etimadını qazanmaqa kömək edəcək.

Təhsil (Nə bilmək lazımdır?):

Tətbiq sahəsindən asılı olaraq, işçi ümumi sosioloji biliklərə, həmçinin etika, sosiologiya, iqtsadiyyat, hüqüq, səhiyyə kimi bəzi təbiqi biliklərə də malik olmalıdır. Uşaqlarla işlədikdə isə pedaqoji təhsil mütləq lazım olur. Amma, ümumiyyətlə, təhsil ocaqlarda sosial-humanitar təhsilin alınması müvəffəqiyyətin rəhnidir.

Advertisements

İqdisadi Böhran və Korporativ Sosial Məsuliyyət

   Azərbaycanda iqdisadi böhranın dövriyyəsi gündən günə artır. Azərbaycan biznesi üçün böhran ödəmə qabiliyyəti tələbin düşməsi, xərcləri və investisiyaların azalması, istehsalatda işçilərin ixtisarı və s. deməkdir. Bunlar hamısı adətən böhranın aktiv fazasında baş verir.

   Təəssüf ki, (KSM) Korporativ Sosial Məsuliyyət də hər hansı bir biznesin qeyri-istehsal və qeyri-maliyyə tərkib hissəsi olduğu halda, aydın məsələdir həmçinin “azaltma” altına düşəcək.

   Lakin yeni bir şəraitdə biznesin xilasolunması və inkişafı üçün onun dəyəri azalmır, hətta demək olarkı daha da yüksəlir. Bunu KSM sahəsində mümkün və zəruri tədbirlərin təhlili zamanı açıq aşkar görmək olar.  Bu cür tədbirlərin əsas effekti  – müştərilər və investorlar tərəfindən şirkətlərə olan etibar səviyyəsinin yüksəlməsidir.

      Beləliklə:

  1. Yeni şəraitdə istehlakçılar üçün heçdə aydın deyil hətta tanınmış istehsalat və malların keyfiyyəti onların tələbatlarına cavab verəcəkmi – buna görə öz malına (xidmətinə) etimadı yenidən bərpa və ya qazanmaq lazım olacaq, ələlxüsus qiymətlərin artması şəraitində.
  2. Müştəriləri və investorları cəlb etmək üçün şirkətlər öz malların və istehsalatın ekoloji olduğunu aydın şəkildə nümayış etdilməlidirlər.
  3. Şirkətlərin əsasən öz böyük nəzarətçi səhmdarlar və vergi nəzarəti dövlət orqanları qarşısında olan məsuliyyət zamanı bitir.  Yeni investisiyaların cəlb etmək  üçün inam axtarmaq və daim biznesin bütün maraqlı tərəflərə öz məsuliyyətini nümayiş etdirmək və etimadını doğrultmaq lazımdı: bunlar birinci növbədə bütün strateji və portfel investorlar, o cümlədən xırda səhmdarlar, ictimai, qeyri kommersiya, qeyri formal, şəbəkə və hökümət strukturların konqlometdan, eləcə də KİV-dən ibarətdir.
  4. Kapitalın struktur və şirkətin mülküyyətinin maksimal dərəcədə şəffaflığı, o cümlədən bütün aktivlərin və əsas fondların vəziyyəti haqqında məsələləri son dərəcədə aktualdır.

İqdisadi böhran zamanı şirkətlər steykxolderlərə qarşı məsuliyyətini aşağı salmaq imkanları axtarmamallı və sosial məsuliyyət sahəsində tədbirlərin sayını azaltmamalıdırlar, çünki krizis vaxtı əhalinin sosial baxımdan həsas, müdafiəsiz kateqoriyaya keçən insanların sayı çoxalır. Əksinə, bu zaman şirkətin siyasətinə sosial, iqdisadi və ekoloji təşəbbüslərin tədbiqi və öz sosial ətrafla daha effektiv münasibətləri üçün imkanlar yaratmaq lazımdır. İstehlakçılar, investorlar, hökümət orqanları şirkətlərdən sosial təşəbbüslərlə bağlı məsuliyyət gözləyir. Cəmiyyətin şirkətlərin fəaliyyət və sosial proqramların effektliyi ilə bağlı gözləntiləri böyüyür.

Müasir azərbaycan biznesi adatən bir şeyi dəqiq anlamır və/və ya şüurlu qəbul etmir ki, biznesin sosial məsuliyyəti – bu, müstəsna bir xüsusi halların səbəbi deyil, bi, sadəcə iri korporativ biznesin mahiyyətindən doğan normadır. Biznes cəmiyyətdən təcrid olunmuş şəkildə fəaliyyət göstərə bilməz, çünki o özü sosiumun bir hissəsidir. Bazar iqtisadiyyatlı ölkələrdə, böyük şirkət aparıcı mövqe tutan sosial-iqtisadi institutudur. Kiçik və orta biznesli firmalardan fərqli olaraq, iri şirkətlər ölkədə işləyənlərin əksəriyyəti çalışdığı müəssisələr kimi tez-tez çıxış edir. Onların fəaliyyətindən ətraf mühitin vəziyyəti, istehlak mallarının keyfiyyəti xeyli dərəcədə asılıdır. Onlar, öz daxilində və ətrafında maraq göstərən insanların böyük kütləsini toplayırlar, hansıkı bir-birindən asılı münasibətlər sistemini (əlaqələrin), özünəməxsus hörümçək formalaşdırır, bu da öz növbədə çətin anlarda biznesə dəstək edə bilər, ya da əksinə, şirkəti hərəkət imkanından məhrum edir. Sosial əlaqələrin olması faktı bir daha təsdiqləyir ki, korporasiya – cəmiyyətin ayrı-ayrı subyektlərinin və ümumiyyətlə,  korporativ sektor götürdükdə isə bütün cəmiyyətin sosial-iqtisadi inkişafını müəyyənləşdirən ictimai münasibətlər sisteminə daxil olan çox mühüm bir ictimai institutdur. Korporativ sektor və dövlət ancaq sosial-əmək münasibətlərinə görə deyil, həm də bütövlükdə cəmiyyətin firavanlığı üçün məsuliyyəti bölüşürlər.

Maliyyə böhran bu gün – bu ilk öncə etibar böhranıdır, KSM təcrübələri isə steykxolderlərlə ahəngdar əlaqələr qurulması üçün bir üsul kimi son dərəcədə faydalı ola bilərlər. KSM-dən imtina etdikdə şirkətlər öz nüfuzlu kapitalla edirlər. İnvestorlar, istehlakçılar, səhmdarlar, hökümət orqanları, ictimai təşkilatlar və KİV avtomatik risk mənbəyinə çevrilirlər. Onların davranışı tamamilə gözlənilməz olur, bu öz növbədə böhran şəraitində onsuz da sadə olmayan vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxara bilər. Bundan başqa, istənilən böhran müvəqqəti haldır. Əgər şirkət öz məhsullarının keyfiyyətində qənaət etməyə başladısa, personalın kəskin ixtisar edir, regionda strateji cəhətdən mühüm sosial layihələrə artıq sərmayə qoymur, hesabatları dərc eləmir, bununla da biznesini qapalı və qeyri-şəffaf edir, onda müştərilərin, biznes üzrə tərəfdaşların və səhmdarlarının inamını qaytarmaq ona çətin olacaq. Sabit şirkətin nüfuzunu bərpa etmək daha çətin olacaq, ələxüsus beynəlxalq səviyyədə, halbuki burada azərbaycan biznesi böhrandan əvvəlki dövrlərdə də kifayət qədər səbatsız mövqe tutub. Beləliklə, KSM –  bu bir şirkəti idarəetmə alətidir, hansıki hətta böhran zamanı müştərilərə onların və bütün cəmiyyətin mənafeyi və marağları xətrinə görülən tədbirlər haqqında məlumat çatdırmağa, biznesin açıqlığın və şəffaflığın artırmağa, cəmiyyətdə şirkətin etibarlıq səviyyəsini yüksəltməyə, şirkətin idarəetmə riskləri, xüsusiyyətləri və keyfiyyəti qiymətləndirməyə,  biznesin planlaşdırılma keyfiyyətini yüksəltməyə və rəqabət qabiliyyətini möhkəmləndirməyə qadirdir.

Murad Sadıx, AD GÜNÜN MÜBARƏK!

Murad_Sadix_170212

Bu gün tanınmış müğənni Murad Sadıxın ad günüdür. Murad mənim yaxın dostlarımdan biridir. Çox fikirləşdim onu necə təbtik edim. Bildiyiniz kimi bu yaxınlarda, daha dəqiq desək 27-31 oktyabr 2015 tarixlarində Bank of Baku təşəbbüsü və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi və digər qurumların tərəfdaşlığılə həyata keçirilən “Məhdudiyyətlərə meydan oxuyaq” adlı layihəsi çərçivəsində iştirak etdiyim “Bloqçuluq” mövzusunda təlimdə əldə etdiyim bilik və bacarıqları tətbiq edərək Murad qardaşımıza yeni yaradılmış bloqumda həsr olunmuş post vasitəsilə onu təbrik etməyə qərara gəldim.

Murad Sadıx! AD GÜNÜN MÜBARƏK!

Ənənəvi təbriklərdən uzaq olmaq istədim, amma can sağlığı hamıya lazim olan bir şeydi -onu sənə arzulayıram. Özünə yaxşı bax və səsini qoru. Çünki sənin səsin Azərbaycan xalqına lazımdır.

Əsas sənə yaradıcıq, müğənnilik sənətində müvəffəqiyyətlər arzulayıram.

Biz daim sənin, şəxsən sənin mahnılarını dinləmək istərdik. Sənin yeni kliplərini, duetlərini görmək istərdik!

Qeyd etməliyəm ki, Murad nəyinki Azərbaycan səhnəsini, həmdə Rusiya, Ukrayna və digər postsovet ölkələrdə də sevilən müğənnidir. O, dəfələrlə Azərbaycanı beynəlxalq festivallarda təmsil edib, bir çox mükafatların laureatıdır, beynəlxalq tədbirlərdən çoxlu  diplomları var.

İnanıram ki, Azərbaycan dövləti nə vaxtsa bunu dəyərləndirəcək və sənə əvvəl əməkdar, sonra isə xalq artisti adına laiq görəcək və Prezident təqəüdçüsü edəcək. Sən isə bizi daim öz gözəl səsinlə, gözəl mahnılarınla sevindirəcəksən.

Aydın Xəlilov

  #meydanoxu

1288667602_murad_sadix_270510_2

 Qeyd etmək lazımdır ki, Bank of Baku-nun bu “Məhdudiyyətlərə meydan oxuyaq” adlı layihənin icrasında əsas tərəfdaşlarından biri Hilton Baku otelidir ki, iştirakçıların maksimum dərəcədə rahatlığının təmin olunması ilə yanaşı, onlar üçün geniş təlim məkanını təqdim etməkdədir. Əsas tərəfdaşlar arasında hərəkət məhdudiyyəti olan iştirakçıların təlimdə iştirakının təmin olunmasında gündəlik olaraq nəqliyyat dəstəyi göstərən 189 – Taksi Sifarişi Xidməti də xüsusi yer alır. Həmçinin “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi, Shamans Creative Bureau, Prosper Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo, BrandUp Digital Agency, “Viva” Şirniyyat evi layihəyə dəstək olan tərəfdaşlardandır.

Bloqçuluqda yeni addımlar

Bloqçuluq (yaddaş dəftəri) gündəlik yazmaq kimidir.

Məhdidiyyətlərə meydan oxuyaq layihəsinin adı və şuarı

Məhdidiyyətlərə meydan oxuyaq layihəsinin adı və şuarı

  • Bloqbəzi insanlar üçün gəlir mənbəyidir.

  • Bəzi insanlar üçün yalnızOnlayn xatirə dəftəri

  • Bəziləri üçün isə ictimaiyyətdə tanınma vasitəsi

    http://samirkarimov.com

 Nədən yazacağına qərar ver, maraq dairəni seç!

 Bloqunu harda açacaqsan-düzgün platforma seçimi!

 Bloqunun təribatını et, necə görünmək istədiyini doğru ayırd etməlisən!

 Yazmağa başla!

 Yazını (post) yerləşdirməzdən öncə bir neçə dəfə göz keçir, əmin ol!

 Yazılarında davamlı olmağa çalış!

Sən demə bloqçuluq maraqlı sahədir!

11260703_1033705573335718_6957891531956612770_n

Sözün açığı bloqçuluqla maraqlanmamışam və buna görə də onun haqqında məlumatım yanlış idi. Bir çox insanlar kimi mən də düşünürdüm ki, bloqçular jurnalist ola bilməyən və ya heç bir mətbu orqana işə qəbul ola bilməyən şəxslərdir. Yəni bir sözlə özlərinə bloq yaradıb ağızlarına gələni yazan şəxslərdir.

Amma bu elə deyilmiş!

Məsələ bundadır ki, mən əlillik sahəsində fəaliyyət göstərən “Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzi ictmai birliyininn rəhbəri olaraq öz komandamala birlikdə əlilliyi olan insanların təhsil, işədüzəlmə, yaradıcılıq, reabilitasiya və digər istiqamətlər üzrə təlimlər, layihə və tədbirlər həyata keçirtməklə başımız qarışdığımız üçün bloqçuluq sahəsinə diqqət yetirmirdik. Baxmayaraq ki, bizim təşkilatın əlillik sahəsində 10 ildən yüxarı, şəxsən mənim isə 20 ilə yaxın təcrübəm var “Bloqçuluq” mövzusu bizə qaranlıq qalmışdı. Mən biraz fikirləşərək və bir balaca internetdə araşdırma apararaq bunun səbəbini tapmaqa çalışdım. Nəticədə başa düşdüm ki, bunun səbəbi Azərbaycanda bloqçuluq- yeni sahədir, inkişaf eləməyib, bloqçularımız hədindın artıq azdır, bu sahədə öz dilimizdə ədəbiyyat demək olarki yoxdur.

Lakin bir neçə ay bundan qabaq Bank of Baku-dan bizimlə Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri zəng vurub əlaqə saxlayaraq iş görüşməsinə dəvət etdilər. Onlar araşdırma nəticəsində “Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzinin əlillik sahəsində təcrüməli və peşakar olduqlarını nəzərə alaraq əməkdaşlıq etməyə dəvət edib öz niyyətlərini bəyan etdilər.  

Bank of Baku-nun niyyətləri ondan ibarət idi ki, Azərbaycanda yaşayan əlilliyi olan insanlara bu gün üçün bazarda tələbatı olan peşələr üzrə təlimlər keçirərək onlara işə düzəlmədə, sərbəst peşə sahibi olmaqda kömək etməkdir.

Təlim mövzuları:
– Sosial şəbəkələrin idarə edilməsi
– Məlumat Mərkəzi işi
– Şəbəkə adminstratorluğu, helpdesk
– Bloqçuluq
– Psixologiya, motivasiya

Bank of Bakunun bu təşəbbüsünü çox bəyəndik, cünki baxmayaraq ki, hal-hazırda Azərbaycanda iqdisadi böhrandır, onlar öz Korporativ Sosial Məsuliyyəti haqqında unutmayıblar və bu cür məsuluyyətli, çətin addım atdılar. Biz də öz növbədə təmənnasız olaraq Bank of Bakuya əlimizdən gələn dəstəyi təklif etdik.

Beləliklə “Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzi Bank of Bakunun “Məhdudiyyətlərə Meydan Oxuyaq!” KSM layihəsinin tərəfdaşı olduq.

12065561_1053736351343996_7705218084509319659_n

Bank of Bakunun addımına bir çox qurumlar və şəxslər dəstək olaraq tərəfdaş oldular:  Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzi, Hilton otelShamans, Prosper , Sultans restoran, 189 Taksi Sifarişi xidməti,  Brand Up, JM, ALPhoto. 

Xüsusilə qeyd etməliyəm ki, “Bloqçuluq” təimində şəxsən iştirak etmişəm, mənim çox xoşuma gəlib, tlimçilər gənc yaşlarına baxmayarq həm marketinq sahəsində, həm bloqçuluq sahəsində, həm də öz karyeralarında yüksək səviyyə çatmış şəxslərdir. Mən fəxr edirəm ki, Azərbaycanda bu gədər istedadlı, bacarıqlı və peşəkar gənclərimiz var. Sevindim. İnanıram ki, bu cür gənclər sayasində Azərbaycan inkişaf edəcək və simurg kimi təzədən bərpa olacaq.

Nəticədə mən demək istəyirəm ki, hal-hazırqa bu yazı mənim ev tapşırığımdır, mən birinci dəfədir öz fikirlərimi bu cür ifadə edirəm və düşünürəm buməndə alındı, kimsə bəyənməsə də vecimə deyil, çünki bloq yaradıb post yazmaq mənə zövg verdi.

Bu mənim bloger kimi birinci yazımdır. Bu bizim Bloqçülüq təlimçilərimiz xidmətidir. Onlara öz təşəkkürümü bildirirəm. Əhsən sizə. Siz bunu bacardınız! Nəhayyət ki, mən də bloq yazdım!

Sən demə bloqçuluq maraqlı sahədir!

11246179_1054234327960865_8811509339327142228_n

Xüsusi minnətdarlıq Bank of Bakuya bu təşəbbüs üçün!

Qoy Sizin bu addımınız digər şirkətlərə də nümünə osun!

Aydın Xəlilov –  “Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri və 1-ci qrul əlilliyi olan şəxs.

12191430_1055776651139966_4608118407335639981_n 11219577_1055776611139970_595725659467614309_n